"Barselona" təsdiqlədi: Bravo gedir

"Barselona" təsdiqlədi: Bravo gedir

"Barselona"nın nümayəndəsi Robert Fernandes komandanın qapıçısı Kladio Bravonun "Mançester Siti"yə keçəcəyini təsdiqləyib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, çilili qolkiper bu həftənin cümə axşamı Mançesterə gedəcək.

Bu transfer üçün "Mançester Siti"nin 17 milyon funt sterlinq ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, K.Bravo 2014-cü ildə "Real Sosyedad"dan "Barselona"ya keçib.

0
9