İsrail Suriyanı bombaladı

İsrail Suriyanı bombaladı

İsrail aviasiyası Suriya ordusunun artilleriya mövqelərini atəşə tutub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl İsrailin nəzarətindəki Qolan yüksəkliyinə Suriya ərazisindən raket düşüb.

Bununla belə, İsrail hərbçiləri Suriya ərazisindən atılan mərminin qəsdən və yaxud  təsadüfən düşdüyü barədə açıqlama vermirlər.

“İsrail Hərbi-Hava Qüvvələri Suriyanın Qolan yüksəkliyindəki artilleriya qurğusunu atəşə tutub”, İsrail ordusunun mətbuat xidməti bildirib.

Hər iki hadisə zamanı ölən və zərərçəkənlərin olması barədə məlumat verilmir.

0
17