Azərbaycanlı Krımın yeni prokuroru təyin edilib

Azərbaycanlı Krımın yeni prokuroru təyin edilib

Ukraynanın baş prokuroru Yuri Lutsenko əslən azərbaycanlı olan Gündüz Məmmədovun Krım Muxtar Respublikasının prokuroru təyin edilməsi barədə əmr imzalayıb.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilir.

Qeyd edək ki, Krım MR-in prokurorluğu Kiyevin Reznitskaya küçəsində yerləşir.

Ukraynanın baş hərbi prokuroru Anatoli Matios avqustun 22-də Gündüz Məmmədovu prokurorluğun kollektivinə təqdim edib.

Gündüz Məmmədov baş ədliyyə müşaviridir, 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.

2013-cü ilin mart ayından 2013-cü ilin dekabr ayına kimi Ukrayna Milli Prokurorluq Akademiyasında şöbələrdən birinin baş elmi işçisi olub. 2013-cü ilin dekabr ayından 2016-cı ilin avqustuna qədər şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini işləyib.

0
16