Rumıniyada neft zavodunda partlayış: 4 yaralı

Rumıniyada neft zavodunda partlayış: 4 yaralı

Rumıniyanın Nevodar şəhərində “Petromidiya” neft emalı zavodunda güclü partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 4 nəfər yanıq xəsarəti alıb.

İlkin məlumata əsasən, zavodda benzin nasosu və iki azot çəni  partlayıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Qeyd edək ki, “Petromidiya” neft emalı zavodu Qazaxıstanın “KazMunaiGaz” şirkətinə məxsusdur.

0
9