Brüsseldə bıçaqlı hücum: 3 yaralı

Brüsseldə bıçaqlı hücum: 3 yaralı

Belçikanın paytaxtı Brüsseldə bıçaqla silahlanmış naməlum qadın yoldan keçənlərə hücum edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Qadını saxlamaq üçün polis silahdan istifadə etmək məcburiyyətində qalıb. Yaralanan qadın xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı bildirilir. Cinayətin motivi hələ ki, məlum deyil.

0
13