"Devalvasiya ilə bağlı şayiələr əsassızdır" - Mərkəzi Bank

"Devalvasiya ilə bağlı şayiələr əsassızdır" - Mərkəzi Bank

Hazırda Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta satışları həyata keçirir və bu satışlar davam etdiriləcək.

“APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından belə bildirilib.

“Devalvasiya ilə bağlı şayiələr əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır”, - deyə məlumatda vurğulanıb.

Mərkəzi Bankdan bildirilib ki, valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə  banklararası valyuta bazarı fəaliyyət göstərir və banklar valyuta tələblərini bu bazar vasitəsilə ödəyə bilərlər.

0
11