Putin Kadırovun sözlərinə münasibət bildirdi

Putin Kadırovun sözlərinə münasibət bildirdi

“Yəqin ki, burada mənim də nəzərimdən qaçanlar var”.

Rusiya prezidenti Vladimir Putin “Birbaşa xətt” zamanı müxtəlif mövzularda xalqın suallarını cavabladırıb. 

 xəbər verir ki, Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun siyasi opponentlərinin ünvanına kəskin ifadələrində özünün nəzərindən qaçanların olduğunu istisna etməyib.  

“Bəlkə bu, mənim nəzərimdən qaçıb”, - o bildirib.

Dövlət başçısı, həmçinin hesab edir ki, Çeçenistanın rəhbərinin səlahiyyətlərini icra edən və digər region rəhbərləri siyasi opponentlərinə qarşı münasibətlərini ifadə edərkən öz məsuliyyətlərini dərk etməlidirlər. 

“Ümid edirəm ki, həm Çeçenistanın rəhbəri, həm də Rusiya regionlarının digər rəhbərləri onların ərazisində yaşayan insanlar, Rusiya qarşısında və ümumilikdə öz məsuliyyətlərinin dərəcəsini və səviyyəsini dərk edəcəklər”, - Putin deyib. – Və onlar anlayacaqlar ki, bu və ya digər opponentlərə qarşı öz münasibətini ən kəskin şəkildə ifadə etmək ölkəmizdə sabitliyə vasitəçilik etmək demək deyil. Əksinə, bu sabitliyə ziyan gətirir”.

Putin hesab edir ki, Ramzan Kadırov Çeçenistanın Rusiyanın tərkibində olmasına dair seçimin doğruluğuna inanır, amma onun siyasətçi kimi yetişməsi asan olmayıb. 

“O, bizimlə meşədə döyüşürdü. Atası ilə bərabər, əlində silahla. Onu heç kim məcbur etmirdi, o, özü Çeçenistanın Rusiyanın tərkibində olmasına dair fikrə gəlib. Bu, daxili transformasiyadır”, - Putin deyib. 

0
18