Rəşad Sadıqov məşqçisinə avtomobil hədiyyə etdi

Rəşad Sadıqov məşqçisinə avtomobil hədiyyə etdi

Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov ilk məşqçisinə avtomobil hədiyyə edib.

Oxu.Az “Futbol+”a istinadən xəbər verir ki, bu barədə Sadıqovun ilk məşqçisi Vaqif Paşayev açıqlama verib.

Paşayev bildirib ki, təxminən 20 gün əvvəl yetirmələrindən olan Rəşad Sadıqov ona hədiyyə edib:

“Rəşad Sadıqov mənə “Mercedes” markalı avtomobil bağışladı. Hədiyyəyə görə, Rəşada təşəkkür edirəm”.

0
8