Ofisiant səmimi davranışına görə 500 dollar bəxşiş aldı

Ofisiant səmimi davranışına görə 500 dollar bəxşiş aldı

Amerikanın Dallas şəhərində (Texas ştatı) “Applebee's” restoranında işləyən 32 yaşlı ofisiant Keysi Simmons, çətin bir zamanda yardım etdiyi yaşlı qadının qızından 500 dollar bəxşiş alıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Simmons ərzaq mağazasında məyus olmuş yaşlı qadını görüb. O, qadına yaxınlaşıb və qadının aldıqlarının pulunu ödəyib.

“Nə baş verdiyini bilmirdim, amma nədənsə məyus olduğunu anladım”, - o deyib.

Səhərisi gün Simmonsun işlədiyi “Applebee's” restoranına bir ailə gəlib, menyuda ən ucuz olan 37 sentlik meyvə suyu sifariş ediblər. Bu sifariş üçün ofisianta 500 dollar bəxşiş veriblər.

Bu səxavətli bəxşişin səbəbi salfetə yazılmışdı. Bəxşişi bu ərəfədə yardım etdiyi qadının qızı qoymuşdu.

Anasının ogünkü məyusluğunun səbəbi ərinin ölümünün ildönümü olması imiş. Qadının qızı anasına həmin çətin anda dəstək olan, ona qarşı alicənab davranan adama təşəkkür etmək qərarına gəlib.

“İnsanlar gülümsəyəndə özümü daha yaxşı hiss edirəm. Bu, dünyaya aydınlıq gətirir”, - Simmons qadına yardım etmək niyyətini belə izah edib.

0
9