Bakıda İsrail vətəndaşını qarət etdilər

Bakıda İsrail vətəndaşını qarət etdilər

13 500 manat, 10 min dollar və bahalı qol saatları oğurlanıb.

Bakıda əcnəbi ölkə vətəndaşının evindən külli miqdarda pul oğurlanıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib. 

17-ci Polis Bölməsinə müraciət edən İsrail vətəndaşı, 1962-ci il təvəllüdlü Aleksandr Şaripov bildirib ki, mənzilin pəncərəsini sındırmaq yolu ilə daxil olan şəxs və ya şəxslər 13 500 manat, 10 min dollar və bahalı qol saatlarını oğurlayıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

0
15