Mərkəzi Bank əhalidən 30 milyon manat cəlb etdi

Mərkəzi Bank əhalidən 30 milyon manat cəlb etdi

Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracı keçirilib.

Oxu.Az xəbər verir ki, hərracda tələb 30 milyon manat olub. Maliyyə əməliyyatları nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49% təşkil edib.

Vəsait 28 gün müddətinə yerləşdiriləcək.

0
8