Pedofil keşiş intihar etdi

Pedofil keşiş intihar etdi

Fransada pedofiliyaya dair iş üzrə göz altına alınan Dominikan ordeninin keşişi Filipp Dokviller intihar edib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS katolik dairələrin qəzeti “La Croix”ə istinadən məlumat yayıb.

Dokvillerə qarşı istintaq cari ilin mart ayında 14 yaşlı yeniyetmənin ailəsinin şikayətindən sonra başlanıb. AFR agentliyinin mənbəsinin məlumatına görə, keşiş istintaqda “ona qarşı ittihamları qismən qəbul edib”. La-Turette dEvre-in (Rona departamenti) rəhbəri dərhal onu işindən kənarlaşdırıb.

0
23