Hərbi Dəniz Qüvvələri təlimlərə başladı – FOTO

Hərbi Dəniz Qüvvələri təlimlərə başladı – FOTO

Bir neçə mərhələdə icra olunacaq təlimlər avqustun 25-də sona çatacaq.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə və təsdiq edilmiş döyüş hazırlığı planına əsasən, avqustun 22-də Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimləri başlayıb.

Bu barədə məlumat Oxu.Az-a Müdafiə Nazirliyindən verilib.

Məlumata görə, Hərbi Dəniz Qüvvələri bazasına gələn Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin qərargahı qarşısında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərin daimi bazalanma məntəqəsində olub, gəmilərin və şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Hərbi Dəniz Qüvvələri komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə qüvvə və vasitələrin tam döyüşə hazır olma dərəcəsinə gətirilmə qərarını məruzə edib.

Komanda Məntəqəsinə gələn Müdafiə nazirinə təlimlərdə iştirak edən gəmilərin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində əməliyyat şəraiti və Hərbi Dəniz Qüvvələrinin idarə olunması barədə operativ məlumat verilib.

Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələrinin cəlb olunması ilə keçirilən təlimlərin əsas məqsədi Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərin planlaşdırılmasından ibarətdir.

Bir neçə mərhələdə icra olunacaq təlimlər avqustun 25-də sona çatacaq.

0
15