Azərbaycan millisinin heyəti açıqlandı: 3 yeni futbolçu

Azərbaycan millisinin heyəti açıqlandı: 3 yeni futbolçu

Azərbaycan milli komandasının  heyəti açıqlanıb. Lent.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin ilk oyununa hazırlaşan komandamıza aşağıdakı futbolçular dəvət olunub.

Qapıçılar: Kamran Ağayev (“Sumqayıt”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Tərlan Quliyev, Ruslan Abışov (hər ikisi “İnter”), Məhəmməd Mirzəbəyov (“Qəbələ”), Pavel Paşayev (“Stal”, Ukrayna)

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Elvin Məmmədov (“Zirə”), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Dmitri Nazarov (“Erzqedirqe Aue”, Almaniya), Eddi İsrafilov (“Kadiz”, İspaniya)

Hücumçular: Namiq Ələsgərov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ağabala Ramazanov (“İnter”), Ruslan Qurbanov (“Neftçi”), Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə).

Qeyd edək ki, komandamız avqustun 24-də bir araya gələcək və sentyabrın 2-nə kimi Bakıda təlim-məşq toplanışı keçəcək. Robert Prosineçki yetirmələrini San Marinoya sentyabrın 2-də aparacaq.

0
19