Aktyor taksi sürücüsü işləməsi xəbərindən danışdı

Aktyor taksi sürücüsü işləməsi xəbərindən danışdı

Xəbər verdiyimiz kimi, bu gün yerli mediada Əməkdar artist Ayşad Məmmədovun taksi sürücüsü işləməsi xəbəri yayılıb.

Oxu.Az ATV.az-a istinadla xəbər verir ki, aktyor haqqında yayılan həmin məlumatı təkzib edib.

“Deyəsən, bəzi KİV-lər kino ilə real həyatı qarışdırırlar. Mən sonuncu dəfə Eldar Quliyevin “İstanbul reysi” fimində “taksi” sürmüşəm. Düzdür, mənim avtomobilim var, lakin onu özüm və ailəm üçün almışam, ondan taksi kimi istifadə etmək üçün yox! Teatrdakı maaş qane etməsə də, mən Prezident mükafatı alıram və taksi sürücüsü işləməyə ehtiyacım yoxdur. Bu xəbəri də kimin və nə məqsədlə yaymağını anlaya bilmirəm”, - deyə aktyor bildirib.

0
10