Bakıda bacı-qardaş bıçaqlandı

Bakıda bacı-qardaş bıçaqlandı

Bakıda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, avqustun 21-də Binəqədi qəsəbəsində yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini Fidani İsmayılov münaqişə zəminində Əfsanəyə və onun qardaşı Anara bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Nəticədə Anar hadisə yerində ölüb, Ə.Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov tutulub.

O, əməlini etiraf edib.

Araşdırma aparılır.

0
13