Xalq artistinin səhhəti pisləşdi – FOTO + VİDEO

Xalq artistinin səhhəti pisləşdi – FOTO + VİDEO

“Canımla əlləşirəm...”.

Azərbaycanın xalq artisti Elmira Rəhimovadan xəbər var.

Oxu.Az xəbər verir ki, Qafqazinfo-ya daxil olan məlumata görə, uzun müddərdir ki, səhhətində problem yaranan müğənninin vəziyyəti daha da ağırlaşıb.

Xalq artisti açıqlamasında “bütün efirlərdən imtina edirəm, ekranlarda görünmək istəmirəm. Hazırda canımla əlləşirəm. Səhhətimdə problemlər var. Dərmanlarımı qəbul edirəm, inanıram ki, hər şey yaxşı olacaq”,-deyə bildirib. 

Müğənninin yaxınları isə bildiriblər ki, Elmira Rəhimova şəkər xəstəliyindən əziyyət çəkir, həkim nəzarətindədir.

0
15