Hindistanda avtobus körpüdən aşıb, ölən var- VİDEO

Hindistanda avtobus körpüdən aşıb, ölən var- VİDEO

Hindistanda Heydərabad şəhərindən Kakianada şəhəri istiqamətində hərəkət edən avtobus körpüdən aşıb.

Oxu.Az Russia Today-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, daha 18 nəfər yaralanıb.

Ümumilikdə avtobusda 30 nəfərin olduğu bildirilir.

İlkin məlumata əsasən avtobus yüksək sürətlə hərəkətdə olub və nəticədə körpüdəki hasara çırpılaraq kanala aşıb. Hadisənin şahidi olan balıqçılar polis çağırıblar.

Avtobusda sıxılıb qalmış bir neçə nəfərin xilas edilməsi üçün iş aparılır.

0
14