Türkiyəli aktyor yol qəzasından sonra vəfat etdi

Türkiyəli aktyor yol qəzasından sonra vəfat etdi

Türkiyənin məşhur aktyoru İsrafil Köse bu gün dünyasını dəyişib.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, ötən gün İstanbulun Kadıköy ərazisində motosiklet qəzası keçirib.

“İsrafil illərdir motosikletdən istifadə edirdi. Dünən səhər saatlarında motosiklet sürərkən parkinq edən bir taksi qapısını açanda çox pis toqquşma olub. Təxminən 30 metr sürünüb. Çox ağır yaralanmışdı. Bu səhər həyatını itirdi”,-deyə mərhumun meneceri açıqlama verib.

Səhnə həyatına 1987-ci ilədn başlayan aktyor “İffet”, “Rıza”, “Koltuk sevdası” və digər filmlərdə rol alıb.

Aytən Sadıqzadə

0
15