Rio-2016: idmançılarımız sabah vətənə dönür

Rio-2016: idmançılarımız sabah vətənə dönür

XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarımız, rəsmilərimiz və idman ictimaiyyətinin nümayəndələri avqustun 23-də Rio-Do-Janeyro – Bakı çarter reysi ilə saat 18:20-də vətənə dönəcəklər.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Mətbuat Katibliyindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar, qeyd olunan tarixdə saat 18:20-dən etibarən H. Əliyev adına Beynəlxalq Hava Limanında qalib və mükafatçı olimpiyaçılarımızın milli musiqi və rəqs qrupları, könüllülər, idman ictimaiyyəti və idmançıların valideynlərinin iştirakı ilə təntənəli qarşılanma mərasimi keçiriləcək.

0
13