İŞİD-in azyaşlı canlı bombası belə yaxalandı - FOTOLAR

İŞİD-in azyaşlı canlı bombası belə yaxalandı - FOTOLAR

İraqda terror törətmək istəyən azyaşlı canlı bomba yaxalanıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İraqın şimalında yerləşən  Kərkütdə şiə məscidlərindən birinə hücum planlaşdıran azyaşlı canlı bomba polislərin diqqətini çəkib. “Reuters”in yaydığı fotolarda görünür ki, polislər tərəfindən saxlanılan uşağın gözləri dolub.

Qeyd edək ki, son vaxtlar uşaqları canlı bomba kimi istifadə etməyə çalışan İŞİD-lə bağlı son rəqəmlərə görə, 2015-ci ilin yanvarın 1-dən cari ilin yanvarın 1nə qədər  89 uşaq canlı bomba kimi istifadə edilib.

Xatırladaq ki, ötən həftə Türkiyənin Qaziantep şəhərində toy mərasimində baş verən partlayışın 12-14 yaşlı canlı bomba tərəfindən törədildiyi bildirilir. Partlayış nəticəsində 51 nəfər dünyasını dəyişib, 69 nəfər isə yaralanıb.

0
11