Fəhmin Muradbəyli: Mən millidə oynamağa layiq deyiləm

Fəhmin Muradbəyli: Mən millidə oynamağa layiq deyiləm

“Neftçi”nin yarımmüdafiəçisi “Qarabağ”a 0:3 uduzduqlarına görə azarkeşlərdən üzr istəyib.

Azərbaycan Premyer Liqasının III turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzan “Neftçi”nin yarımmüdafiəçisi Fəhmin Muradbəyli qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

Oxu.Az Apasport-a istinadən xəbər verir ki, Fəhmin Muradbəyli böyük hesablı məğlubiyyətə görə komanda adından azarkeşlərdən üzr istəyib.

Onun sözlərinə görə, oyun çətin keçib və bərbad səhvlər ucbatından qol vurulub.

Yarımmüdafiəçi əlavə etdi ki, təmsil etdiyi komanda məğlubiyyətə layiq oyun göstərdi.
U-21 millimizin üzvü olan Fəhmin Muradbəyli jurnalistlərin “əsas komandaya çağırılacağınızı gözləyirsinizmi” sualina isə “mən buna layiq deyiləm” dedi.

“Çağırsalar, təbii ki, şad olaram. Hər şey baş məşqçi Robert Prosineçkidən asılıdır. Amma bugünkü oyunumla milliyə layiq deyiləm”.

0
9