Məşhur aktyor qəzada öldü

Məşhur aktyor qəzada öldü

Tanınmış türk aktyor İsrafil Köşə ölüb.

APA-nın Türkiyənin “Hüriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, aktyorun idarə etdiyi motosiklet taksi şirkətlərindən birinə məxsus avtomobillə toqquşub. Nəticədə ağır xəsarət alan İ. Köşə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, komediya aktyoru İ. Köşə 1970-ci ildə anadan olub. Sənətçi 50-dən artıq filmdə müxtəlif rollar yaradıb.

0
8