"10 min ingilis əsgəri Türkiyəni işğal edəcəkdi" - İNANILMAZ İDDİA

"10 min ingilis əsgəri Türkiyəni işğal edəcəkdi" - İNANILMAZ İDDİA

Türkiyədə ehtiyatda olan polkovnik şok iddia ilə çıxış edib.

Lent.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, PKK lideri Abdullah Öcalanı sorğulayan polkivnik kimi tanınan Hasan Atilla Uğur iddia edib ki, 10 min ingilis əsgəri Şimali Kiprə gəlib və Türkiyəni işğal etməyə hazırlaşır.

15 iyul hərbçi çevriliş cəhdinin arxasında ABŞ-ın olduğunu iddia edən Uğur deyib ki, Amerikanın Türkiyəylə bağlı daha bir planı var: “15 iyuldan bir gün əvəl 10 min ingilis və ABŞ əsgəri Türkiyəni işğal etmək üçün hazır gözləyirdi. 15 iyulda edilən ABŞ əliylə bir işğal cəhdidir. 15 iyuldan bir gün əvvəl Kiprə 10 min ingilis əsgəri gəlib. Məqsəd çevrilişdən sonra Türkiyəni işğal etmək idi. İşğal edərkən də “Türkiyədə qan tökülür, köməyə gəlmişik” deyəcəklərdi”.

0
13