Rusiyada “Qız qalası” yandı – VİDEO

Rusiyada “Qız qalası” yandı – VİDEO

Binada 15-ə yaxın adam olub.

Rusiyada Yekaterinburq-Serov yolunun 121-ci km-də “Qız qalası” kafesində yanğın baş verib. 

Oxu.Az xəbər verir ki, yanğın vaxtı üçmərtəbəli binada 15-ə yaxın adam olub, onlardan altısı müştəri, biri mehmanxana sakini və əməkdaşlar olub. 

Müəssisənin işçilərinin sözlərinə görə, tüstü barədə mehmanxananın sakini bildirib. 

İstintaqın məlumatına görə, kafedə iş patenti olmadan 8 azərbaycanlı və özbək çalışır.

Direktora qarşı, xarici vətəndaşların iş patenti olmadan əmək fəaliyyətinə cəlb etməsinə dair inzibati iş açılıb. Sahibkarı, həmçinin əmək müqaviləsi bağlmamaqda ittiham ediblər. 

Günorta saat iki radələrində yanğın söndürülüb. 

0
14