Rio-de-Janeyro Olimpiadası rəsmən başa çatdı

Rio-de-Janeyro Olimpiadası rəsmən başa çatdı

Rio-de-Janeyroda  XXXI Olimpiya oyunlarının bağlanış mərasimi keçirilib.

APA-nın məlumatına görə,  bu gün Bakı vaxtı ilə saat 03:00-də  başlanan mərasim “Marakana” stadionunda təşkil olunub.

Braziliya karnavalı şəklində hazırlanan bağlanış mərasimi çərçivəsində dünya ölkələri olimpiyaçılarının yürüşü olub. XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bağlanış mərasimində olimpiya məşəli söndürülüb. Üç ölkənin - Olimpiya oyunlarının vətəni Yunanıstanın, Braziliyanın  və növbəti Yay Olimpiya Oyunlarının keçiriləcəyi Yaponiyanın bayraqları qaldırılıb.  Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını bağlı elan edib.

Xatırladaq ki, avqustun 5-dən 21-dək Rio de Janeyro Olimpiadasında 207 ölkəni təmsil edən 10 mindən çox idmançı 33 növ üzrə 306  dəst medal uğrunda mübarizə aparıb. Azərbaycanı 18 idman növündə 56 idmançı təmsil edib. Olimpiya oyunlarında Azərbaycan idmançıları 18 medal, o cümlədən 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıblar.

0
6