Xetaq Qazyumov: Qızıl medal qazanmaq istəyirdim

Xetaq Qazyumov: Qızıl medal qazanmaq istəyirdim

“Çıxışımdan çox pis olmuşam, qızıl medal qazanmaq istəyirdim, lakin alınmadı, nə etmək olar, rəqib məndən güclü oldu”.

Oxu.Az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, bu sözləri Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Xetaq Qazyumov deyib.

Ardıcıl iki Olimpiya bürüncündən sonra gümüş medal qazanmağı dəyərləndirən idmançı bunun daha pis nəticə olduğunu bildirib:

“Bu daha da pisdir. Çünki bürünc medalı qazanırsan, amma gümüşü “qızıl”ı uduzaraq alırsan”.

O, həmçinin Toğrulun oyunu ilə bağlı fikir bildirib:

“Mən buna fikir verməməyə, ümumiyyətlə, oyuna baxmamağa, həyəcanlanmamağa çalışdım. Yəni ki, onun məğlub olması mənim görüşümə təsir göstərmədi”.

O, karyerasını davam etdirməklə bağlı suala “bunu gələcək göstərəcək” deyə cavab verib.

0
9