Çində körpü uçdu

Çində körpü uçdu

Çinin Czyansi əyalətində avtomobil körpüsü uçub.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Məlumata görə, qəzanın baş verdiyi anda körpüdə mikroavtobus və motosiklet olub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onların vəziyyətlərinə dair məlumat verilmir.

Faktla bağlı araşdırmalara başlanılıb.

0
17