Rio-2016: Sərbəst güləşçimiz Xetaq Qazyumovdan uğurlu başlanğıc

Rio-2016: Sərbəst güləşçimiz Xetaq Qazyumovdan uğurlu başlanğıc

Bu gün sərbəst güləşçimiz Xetaq Qazyumov mübarizəyə başlayıb.

Oxu.Az xəbər verir ki, ilk olaraq dünya və üçqat Avropa çempionu, Avropa Oyunlarının qalibi Xetaq Qazyumov xalça üzərinə çıxıb.

97 kq çəki dərəcəsində çıxış edəcək 33 yaşlı atletimizin onaltıdabir finaldakı rəqibi polşalı Radoslav Baran olub.

Xetaq Qazyumov rəqibinə 3-0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə keçib.

0
35