Ermənistan Avrasiya İqtisadi İttifaqını tərk edə bilər

Ermənistan Avrasiya İqtisadi İttifaqını tərk edə bilər

Kokobelyan parlamentə sənəd təqdim edib.

“Azad demokratlar” partiyasının sədri Ermənistanın Milli Məclisinin deputatı Xaçatur Kokobelyan parlamentə “Ermənistan Respublikasının Avrasiya İqtisadi İttifaqında üzvlüyünə son qoyulması prosedurunun başlanmasına dair” bəyanat layihəsini təqdim edib. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, qərar Ermənistanın İttifaqa üzv olduğu bir il ərzində nəzərdə tutulan, əsasən də ölkələrin intiqrasiyası və onların rifahının yaxşılaşdırılması  istiqamətində addımların atılmamasına əsaslanıb.  

Əksinə, bu bir il ərzində Ermənistanın Avrasiya İqtisadi İttifaqı ölkələrinə ixracı azalıb. Statistik məlumatlara görə, 2015-ci ildə ixrac ümumilikdə 4,7%, Rusiyaya isə 28,1% azalıb. 

Bəyanatın layihəsində qeyd edilir ki, Avrasiya İqtisadi İttifaqı Ermənistanın təcrid edilməsinə və xarici investisiyaların azalmasına gətirib çıxarıb. Üzvlükdən təhlükəsizlik komponentinə də xeyir gəlməyib, bu yalnız Ermənistanı təhlükəsizliyin təminatında alternativ imkanlardan məhrum edib.

0
15