Toydan qayıdanda dəhşətli qəzaya düşdülər: 3 ölü, 4 yaralı

Toydan qayıdanda dəhşətli qəzaya düşdülər: 3 ölü, 4 yaralı

Türkiyədə 3 nəfərin ölümü, 4 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Lent.az İxlas xəbər agentliyinə istinadən xəbər verir ki, Aydın vilayətinin Efelər rayonunda toydan qayıdan minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində yaralanan şəxslərdən biri hadisə yerində, digər ikisi isə xəstəxanada vəfat edib.

Qəzadan sonra Aydın-Muğla yolunda hərəkət məhdudlaşdırılıb.

Bildirilir ki, qəzadan ölənlərin hamısı toydan qayıdan avtomobildə olanlardır.

0
20