Məşhur müğənni vəfat edib

Məşhur müğənni vəfat edib

Məşhur italiyalı opera müğənnisi Daniela Dessi şənbə günü 60 yaşında vəfat edib.

APA-nın “RİA Novosti’ agentliyinə istinadən verdiyi məlumata görə, D. Dessi gözəl səsi ilə bərabər, parlaq aktyor istedadına malik olub.

D. Dessi 14 may 1957-ci ildə Genuyada anadan olub. İlk mükafatını 1980-ci ildə İtaliya Dövlət Televiziyasının təşkil etdiyi beynəlxalq müsabiqədə qazanıb. Müğənninin repertuarında 60-dan çox opera olub. D. Dessi dünyanın ən yaxşı opera teatrları – Milandakı “La Skala”, Nyu-Yorkdakı “Metropoliten-opera” və Berlindəki “Alman operası” ilə əməkdaşlıq edib.

0
12