İstanbulda nəhəng "şeytan çarxı" tikilir - FOTO

İstanbulda nəhəng "şeytan çarxı" tikilir - FOTO

İstanbulda nəhəng “şeytan çarxı”nın tikintisinə başlanılıb. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, İstanbulun Üsküdar adlanan hissəsində avtomobil dayanacaqlarından birinin yerində quraşdırılacaq atraksionun hündürlüyü 165 metr olacaq. Beləliklə bu qurğu Avropadakı ən hündür “şeytan çarxı” olacaq. Belə ki, Londonda quraşdırılmış və 2000-ci ildə istifadəyə verilmiş məşhur çarxın hündürlüyü 135 metrdir.

Qeyd edək ki, hələlik Avropada ən hündür “şeytan çarxı” hesab edilən “London Eye”ni hər il 3 milyondan çox turist ziyarət edir.

0
14