Azərbaycanda 93 min yeni iş yeri açılıb

Azərbaycanda 93 min yeni iş yeri açılıb

2016-cı ilin birinci yarısında ölkəmizdə 73,1 mini daimi olmaqla 93,1 min yeni iş yeri açılıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, bu dövrdə yaradılmış iş yerlərinin 63,7 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 26,3 faizi Bakı şəhərinin, 1,9 faizi Naxçıvan Muxtar Respublikasının, 71,8 faizi regionların, o cümlədən 25,9 faizi Aran, 14,3 faizi Gəncə-Qazax, 7,2 faizi Abşeron, 6,9 faizi Lənkəran, 5,7 faizi Şəki-Zaqatala, 4,4 faizi Quba-Xaçmaz, 3,7 faizi Dağlıq Şirvan, 3,1 faizi Yuxarı Qarabağ, 0,6 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 9,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 26,2 faizi mövcud və fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 64,1 faizi isə fərdi sahibkarlıq subyektlərində açılıb.

0
22