Türkiyədə toyda partlayış: 30 ölü, 94 yaralı - YENİLƏNİB-2

Türkiyədə toyda partlayış: 30 ölü, 94 yaralı - YENİLƏNİB-2

Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 30  nəfərə çatıb.

APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə Qazıantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.

Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb.

Baş nazirin müavini Mehmet Şimşək  NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.

***** 03.15

Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

APA-nın “CNN Turk” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Qazıantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb. 

Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb.

Partlayışın “canlı bomba” tərəfindən törədildiyini bildirib.

Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.

0
12