Los Ancelesdə gecə klubunda atışma, ölənlər var

Los Ancelesdə gecə klubunda atışma, ölənlər var

ABŞ-ın Los Anceles şəhərində gecə klubunda baş vermiş atışma nəticəsində iki nəfər ölüb, 2 nəfər yaralanıb.

Oxu.Az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Los Angeles Times” məlumat yayıb. İnsident “Xposed Gentlemen's Club” gecə klubunda baş verib.

İlkin məlumata görə, ölənlər - atəş açan şəxslərdir, yaralananlar isə obyektin mühafizəçiləridir. İnsidentin səbəbləri araşdırılır.

0
7