İŞİD-in Mosuldakı 19 komandiri məhv edildi

İŞİD-in Mosuldakı 19 komandiri məhv edildi

İraqın Hərbi-Hava Qüvvələri İŞİD-in Mosuldakı 19 komandirini məhv edib.

APA-nın   “Sputnik”ə istinadən verdiyi xəbərə görə, bu barədə  İraq ordusunun informasiya bürosunun bəyanatında bildirilir.

“Hərbi-Hava Qüvvələrinin qırıcı təyyarələri İŞİD qruplaşmasının Mosulun Əl-Misak məhəlləsindəki qərargahına hava zərbələri endirib. Zərbələr qərargahda qruplaşmanın yüksək çinli komandirlərinin toplantısı keçirilən an endirilib.  Uğurlu zərbə nəticəsində qərargah tamamilə dağıdılıb, orada olan 19 terrorçu məhv edilib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Mosul şəhəri 2014-cü ildən İŞİD qruplaşmasının nəzarətindədir.

0
12