Rio-2016: Marina Durunda finalda III tapşırığı yerinə yetirib – YENİLƏNİB

Rio-2016: Marina Durunda finalda III tapşırığı yerinə yetirib – YENİLƏNİB

Azərbaycanı Rio-2016-da bədii gimnastika yarışlarında təmsil edən Marina Durunda finalda üçüncü tapşırığı yerinə yetirib.

İdmançımız gürzlərlə hərəkətlərə görə 17.716 xal qazanıb.

23:15

Azərbaycanı Rio-2016-da bədii gimnastika yarışlarında təmsil edən Marina Durunda ikinci tapşırığı yerinə yetirib.

Gimnastımız topla hərəkətlərə görə də 17.541 xal qazanıb.

22:45

Bu gün Rio-2016-da bədii gimnastika yarışlarının final mərhələsi keçiriləcək.

Marina Durunda da medallar uğrunda mübarizə aparacaq.

Avropa Oyunlarının gümüş mükafatçısının rəqibləri rusiyalı Marqarita Mamun və Yana Kudryavtseva, belaruslu Katsiarina Halkina ilə Melitina Staiouta, fransalı Kseniya Mustafayeva, ispan Karolina Rodrigez, cənubi koreyalı Cae Yen Son, ukraynalı Qanna Rızaddinova və bolqar Neviana Vladinova olacaq.

Halqa, top, gürz və lentlə hərəkətlərdə məharətini göstərəcək idmançımız ilk çıxışnı edib.
O, halqa ilə hərəkətlərdə 16,950 xal toplayıb.

Qeyd edək ki, Durunda çoxnövçülük yarışının təsnifat mərhələsində 70,348 xal toplayaraq, finala 8-ci yerin sahibi kimi yüksəlib.

0
10