Qərb bölgəsində 12 nümunəvi fermer təsərrüfatı yaradılacaq

Qərb bölgəsində 12 nümunəvi fermer təsərrüfatı yaradılacaq

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən reallaşdırılan “Ağıllı Azərbaycan Fermer Təsərrüfatı” (SAF) layihəsi çərçivəsində yaxın üç ildə qərb bölgəsində 12 nümunəvi fermer təsərrüfatı yaradılacaq.

Oxu.Az xəbər verir ki, layihə Azərbaycanın Gəncə-Qazax iqtisadi regionuna daxil olan 9 inzibati rayonu (Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy) əhatə edir.

Layihənin fəaliyyət planına uyğun olaraq üç il ərzində bu rayonlarda dünyanın ən qabaqcıl aqrar ölkələrində tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları və innovasiyalardan istifadə etməklə Azərbaycanda 12 nümunəvi fermer təsərrüfatı yaradılacaq və bu təcrübə bütün ölkəmizin aqrar sektorunda tətbiq edilə biləcək.

0
22