Bakıda silahlı şəxs tutulub

Bakıda silahlı şəxs tutulub

Bakının Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini əvvəllər məhkum olunmuş Səməd Mənsimov saxlanılıb.

Bu barədə Oxu.Az Daxili işlər nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, saxlanılan şəxsdən nömrəsi silinmiş “Naqan” tipli tapança və 3 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

0
12