Türkiyədən Bəşər Əsədə dəstək – SENSASİON AÇIQLAMA

Türkiyədən Bəşər Əsədə dəstək – SENSASİON AÇIQLAMA

Türkiyə Suriyada keçid dövründə prezident Bəşər Əsədin hakimiyyətdə qalmasına razıdır.

Oxu.Az Milliyet nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım xarici jurnalistlərlə görüşündə bildirib.

B.Yıldırım deyib ki, Türkiyə Suriyanın etnik mənsubiyyətə görə parçalanması, xüsusilə kürdləri təmsil edən terrorçuların Türkiyənin sərhədinə qonşu bölgələri nəzarət altına alması kimi ambisiyalarını həyata keçirməsinin qarşısını almağa çalışacaq.

Qeyd edək ki, indiyə qədər Türkiyə birmənalı olaraq B.Əsədin hakimiyyətdən getməsi, keçid dövrü üçün keçid hökumətinin qurulması mövqeyinin tərəfdarı qismində çıxış edib.

0
16