Əli Kərimlinin köməkçisi Baş Prokurorluqda dindirilir

Əli Kərimlinin köməkçisi Baş Prokurorluqda dindirilir

AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirov Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə başlanılan cinayət işi üzrə şahid qismində dindirilir.

Oxu.Az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, F. Əmirov həmin cinayət işinin araşdırıldığı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib. Hazırda onun ifadəsi alınır.

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılması barədə məlumat yayıb.

0
16