Rio-2016: Dünya və Avropa çempionumuz Olimpiya “qızıl”ı arzusunda

Rio-2016: Dünya və Avropa çempionumuz Olimpiya “qızıl”ı arzusunda

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Braziliyaya tam heyətlə yollanmış komandamızın heyətində  son olaraq Radik İsayev dayanq üzərinə çıxacaq.

+80 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verəcək. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gələcək. Görüş saat 19:45-də başlayacaq.

İdmançımız 20 yaşlı gənc rəqibinə qalib gələcəyi halda, 1/4 finalda Arman-Marşal Silla (Belarus) - Dongmin Ça (Cənubi Koreya) cütünün qalibi ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, çıxışını başa vuran taekvondoçularımızdan Milad Beiqi Harşeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıblar. Fəridə Əzizova (67 kq) isə yarışı 5-ci yerdə bitirib.

0
23