Bu da "Hızır"ın yeni sevgilisi - FOTOLAR

Bu da "Hızır"ın yeni sevgilisi - FOTOLAR

Türkiyənin məşhur oyunçuları "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialının baş qəhrəmanları Deniz Çakır və Oktay Kaynarca təzəlikcə ayrıldılar. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Oktay Kaynarca artıq bir müddətdir ki, yeni sevgilisi ilə birlikdədir. Yalnız paparazilər onları ilk dəfə yaxalaya bilib.

Türk mətbuatı qeyd edir ki, "Eşkıya Dünyaya Hükümdar Olmaz"ın "Hızır Çakırbeyli"si olan Oktay Kaynarca Deniz Çakırı çox tez unutdu.

Artıq 2 aydır yeni sevgilisinin olduğu bildirilən Kaynarca onu mediadan gizlədirdi.  Türkiyənin Bitez bölgəsində isə paparazilər onları yaxalaya bilib.

Məşhur aktyor iş adamı olan dostunun gəmisində sevgilisi ilə dincəlir. Onun xeyli kilo aldığı da görünür.

0
21