Bağlanan dörd bankın əmanətçilərinə kompensasiya ödənişi davam edir

Bağlanan dörd bankın əmanətçilərinə kompensasiya ödənişi davam edir

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Oxu.Az ADİF-ə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 19,5 mln. manat, “Zaminbank”ın əmanətçilərinə 28,8 mln. manat, “Kredobank”ın əmanətçilərinə 5,8 mln. manat, “Dekabank”ın əmanətçilərinə isə 2,3 mln. manat kompensasiya ödənilib.

Ümumilikdə, 4 bank üzrə 56,4 mln. manat ödəniş edilib. Bu, ödənilməli olan ümumi məbləğin təxminən 51%-ni təşkil edir.

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.

0
20