Qazaxıstanda Gülənlə bağlı məktəblər yoxlanılır

Qazaxıstanda Gülənlə bağlı məktəblər yoxlanılır

“Türkiyənin Qazaxıstandakı qazax-türk özəl məktəblərində yaxın bir ay ərzində yoxlama aparılacaq”.

Oxu.Az “Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Elm vəTəhsil Nazirliyinin mətbuat katibi Ayqerim Alibekova bildirib.

Onun sözlərinə görə, həmin məktəblərin ölkə qanunvericiliyinə uyğun fəaliyyəti təftiş ediləcək.

Məlumata görə, Türkiyə səfiri Nevzat Yanık bu il iyulun 29-da Astanada keçirdiyi mətbuat konfransında ölkəsindəki dövlət çevirilişinə cəhddən danışarkən qazax-türk liseylərinə qarşı təcili tədbirləin görülməsini Qazaxıstan hakimiyyətindən istəmişdi.

Xəbərdə bildirilib ki, avqustun 5-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə səfərində prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında ölkəsindəki Fətullahçı terror təşkilatına (FETÖ) bağlı bütün məktəblərdə yoxlama aparılacağını bildirmişdi.

0
11