Superliqaya start verildi

Superliqaya start verildi

Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” bu gün meydana çıxacaq.

Dünən Türkiyə Superliqasında 2016/17 mövsümünə start verilib.

Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, mövsümün ilk oyununda “Adanaspor” “Bursaspor”u qəbul edib.

Həmyerlimiz Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” bu gün meydana çıxacaq. “Bordo-mavilər” evdə “Kasımpaşa” ilə üz-üzə gələcəklər.

Son çempion “Beşiktaş” da yeni mövsümə bu gün start verəcək. “Qara qartal” Superliqanın debütantı “Alanyaspor”la qarşılaşacaq.

“Fənərbağça” yeni çempionata şənbə günü “Başakşəhər” səfərində, “Qalatasaray” isə gələn həftənin ilk günü “Karabükspor”la başlayacaq.

0
10