4 bankın qorunan əmanətçilərinə 56 mln. manat ödənilib

4 bankın qorunan əmanətçilərinə 56 mln. manat ödənilib

1 avqust 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, 19 avqust 2016-cı il tarixdə “Parabank”ın qorunan əmanətçilərinə 19,5 mln.  manat, “Zaminbank”ın qorunan əmanətçilərinə 28,8 mln. manat, “Kredobank”ın qorunan əmanətçilərinə 5,8 mln. manat və “Dekabank”ın qorunan əmanətçilərinə isə 2,3 mln. manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 56,4 mln. manatdan artıq kompensasiya ödənilib.

Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

0
25