Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədrinin şikayəti əsasında məhkəmə başlayır

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədrinin şikayəti əsasında məhkəmə başlayır

Dələduzluqda və mənimsəmədə təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə həbs edilən İsfəndiyar İsfəndiyarov, Arzu Məmmədov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqust un 23-nə təyin edilib.

İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.

İ.İsfəndiyarov və A.Məmmədov Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham ediliblər.

R.Məmmədov isə CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələi ilə ittiham olunub.

Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını qeyd edib.

Bu il may ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov və İ.İsfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. A.Məmmədovun barəsində isə seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunub. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılması istəyirlər.

A.S.

0
20