ABA və IFC birgə konfrans keçirəcək

ABA və IFC birgə konfrans keçirəcək

Daşınar əmlakın girov kimi göstərilməsi ahibkarlara kreditin verilməsini asanlaşdıracaq.

Sentyabrın 14-də Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) birgə təşkilatçılığı ilə “Azərbaycanda Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsi” çərçivəsində “Daşınar əmlakın yüklülüyü islahatı” adlı konfrans baş tutacaq.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, ABA-dan daxil olan məlumata əsasən, konfransda daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə (təminatlı əqdlər) sahəsində islahata olan zərurət, hazırlanmış qanun layihəsinin vacib müddəaları, uğurlu xarici təcrübənin ölkəmizdə tətbiqi barədə təqdimatlar nümayiş etdiriləcək.

Qeyd edək ki, daşınar əmlakın girov kimi göstərilməsi sonda orta və kiçik sahibkarlara kreditin verilməsini asanlaşdıracaq, ödəmə qabiliyyəti olan, amma girov qismində daşınmaz əmlaka sahib olmayan şəxslər üçün yeni imkanlar yaradacaq.

0
24